Azərbaycan cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq.

"Unikal" Azərbaycan Cüdo Federasiyasına (ACF) istinadən xəbər verir ki, gənc cüdoçular Avropa çempionatına yola düşüblər.

Bildirilib ki, Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının 7-10 sentyabr tarixlərində keçiriləcək Avropa çempionatına hazırlıqları başa çatıb.

Niderlandın Haaqa şəhərində keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.