Nazirlər Kabineti “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişiklik edib.

"Unikal" xəbər verir ki, müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişiklik azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb olunması nəzərdə tutulan əcnəbilərlə bağlıdır.

Beləliklə, Dövlət Miqrasiya Xidməti aşağıdakıları hər il avqust ayının 1-dək haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərin mənşə ölkələri və iqtisadi fəaliyyət növləri üzrə sayı haqqında məlumatları Nazirlər Kabineti tərəfindən Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin və Dövlət Neft Şirkətinin nümayəndələrindən ibarət yaradılan komissiya təqdim edəcək.