Bu gün qeyri-sabit hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq.

"Unikal"ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.