İspaniyanın Valensiya muxtariyyətində baş verən meşə yanğını səbəbindən 800-dən çox insan təxliyə edilib. 

"Unikal" xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Yanğın noyabrın 2-də Monticelvo kəndi yaxınlığında başlayıb. Yanğının sahəsi min hektardan çoxdur. Güclü külək nəticəsində çətinləşən yanğının söndürülməsinə 200-ə yaxın insan, eləcə də aviasiya vasitələri cəlb olunub.

Ağarza Elçinoğlu