Qəzza zolağında mobil rabitə və internet yenidən yoxa çıxıb.

"Unikal" xəbər verir  ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Eyni zamanda, NetBlocks beynəlxalq internet monitorinq xidməti bildirib ki, noyabrın 13-nə keçən gecə Qəzzada şəbəkə göstəriciləri  orta hesabla 24%-ə düşüb.

Bundan əvvəl Fələstin Qızıl Aypara Cəmiyyəti rabitə kəsilməsi səbəbindən Qəzza zolağındakı işçiləri ilə əlaqənin kəsildiyini açıqlamışdı.