Rusiyanın neft nəhəngi “Lukoil” Çinin CC-7 şirkəti ilə qaz emalı zavodu üçün müqavilə imzaladığını açıqlayıb.

"Unikal" xəbər verir ki, şirkətdən verilən açıqlamada qaz emalı zavodunun Stavropol vilayətində tikiləcəyi bildirilib.

“Lukoil”in Şimali Xəzərdə hasil etdiyi təbii qaz bu obyektdə emal olunacaq. Bir çox Qərb şirkətləri sanksiyalara görə Rusiya bazarından geri çəkilsə də, Çin şirkətlərinin Rusiyanın enerji sektorundakı fəaliyyəti getdikcə artır.