İsrailin Fələstinin Həmas qruplaşması ilə müharibəsi başladığından bəri ən azı 50 jurnalist və media işçisi həlak olub.
"Unikal" xəbər verir ki, bunu Jurnalistləri Müdafiə Komitəsi öz Twitter hesabında bildirib.
Noyabrın 20-nə olan məlumata görə, döyüş bölgəsində 45 fələstinli, 4 israilli və bir livanlı jurnalist həlak olub.
Daha 3 media işçisi itkin düşüb, 11-i yaralanıb, 18-i isə həbs edilib.
Komitə öldürülən və yaralanan jurnalistlərin harada işlədiyini dəqiqləşdirməyib. Eyni zamanda, təşkilat jurnalistlərə qarşı hücumların, təhdidlərin, kiberhücumların və senzuranın artdığını vurğulayıb.