İsrailin işğalı altında olan Qəzza zolağında Nasser xəstəxanasının bağçasında daha bir kütləvi məzarlıq aşkarlanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzza hökuməti açıqlama yayıb.
Bildirilir ki, Nasser xəstəxanasının bağçasındakı kütləvi məzarlıqda daha 35 nəfərin meyiti tapılıb. Bununla da, aşkarlanan meyitlərin sayı 310-a yüksəlib.
Əksəriyyəti qadın, uşaq və qocalara aid olan meyitlərin üzərində edam izlərinin olduğu, bəzi meyitlərin əlləri qandallı, paltarları çıxarılaraq soyuqqanlılıqla öldürüldüyü məlum olub.
Zərifə Nağıyeva