Alen Simonyan Rusiya Federal Şurasının prezidenti Valentina Matvienkonun Ermənistan parlamentinin spikerinin anti-Rusiya bəyanatlarına görə sorğu göndərilməsi ilə bağlı bəyanatını şərh edib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Spiker hələlik müraciətin daxil olmadığını qeyd edib: "Məktub gəlsin, nə yazıb-nə yazmadıqlarını anlayaq. 

Konfransın adı Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsi olub. Mənim çıxışımda beynəlxalq hüquqa, verilən bəyanatlara, imzalanan müqavilələrə zidd olan heç nə yox idi. Mən nə dedim ki, Ermənistan Moldovanın, Gürcüstanın, Ukraynanın ərazi bütövlüyünü tanımır?

Rusiyanın öz ərazisinin yeni hissəsi adlandırdığı əraziləri Belarus belə tanımayıb, Türkiyə də tanımayıb. Türkiyə konkret olaraq Krımı tanımadığını bildirib. Gücülərin bizə qarşı olub-olmadığını anlamaq istəyirəm. Yeganə problem odur ki, onlar başa düşmürlər ki, Ermənistan müstəqil dövlət kimi çıxış etməlidir. Onların qavrayışında biz bu günə qədər periferik bölgə olaraq qalmışıq. Mətnimdə interpolyasiya adı var idi, mən də onlar üçün qeyri-qanuni sözünü çıxardım. Mən bir daha təsdiq edirəm ki, bütün ölkələrin öz əraziləri var". 

O, həmçinin Ermənistanın bütün postsovet ölkələrinin ərazi bütövlüyünü tanıdığını vurğulayıb.

Ağarza Elçinoğlu