Mingəçevirdə qəza baş verən qayıqda 8 nəfər xəsarət alıb.

"Unikal" yanğın zamanı yaralanananların adlarını əldə edib.

Onlar Goranboy rayon sakinləri 1982-ci il təvəllüdlü Şirinov Emil Arzu oğlu, 1987-ci il təvəllüdlü Əhmədova Kamilə Akif qızı, 2011-ci il təvəllüdlü Şirinov Həsən Emil oğlu, Ağdam rayon sakini Məhərrəmov Sahil Emin oğlu, 2018-ci il təvəllüdlü Xocalı rayon sakini Orucova Afət Seymur qızı, 1990-cı il təvəllüdlü Orucova Nəzakət Mərkəz qızı, 2014-ci il təvəllüdlü Orucov Əli Seymur oğlu 2014 və qayıqçı olmaqla 8 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

***

21:00

Mingəçevirdə Kür çayında qayıq yanıb.

"Unikal"ın məlumatına görə, gəzinti qayığında baş verən yanğın hadisəsi zamanı 5 nəfər müxtəlif bədən və yanıq xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov