Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib
"Dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv olan dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək", - məlumatda qeyd olunub.
Təşkilatın dövlət başçılarının fövqəladə toplantısının mövzusu “Nəqliyyat, kommunikasiyalar və iqlimlə mübarizə yolu ilə davamlı gələcəyin formalaşmasının təmin edilməsi”dir.
Sammitdə təşkilata üzv olan dövlət başçıları - Azərbaycan, Qazaxıstan, Özbəkistan, həmçinin Türkiyə və Macarıstanın hökumət başçıları iştirak edəcək.
Gülayə Mecid