Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, Şuşa şəhərini gəziblər.
"Unikal"ın məlumatına görə, prezidentlər Şuşada Cıdır düzündə də olublar.
Avtobusla şəhərin ərazisini gəzən dövlət başçıları sonra Cıdır düzünə gəliblər.
Qeyd olunub ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir.