Parisin şimalında 20-ci rayonda avtomobilin kafenin terrasına çırpılması nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Paris polisinin məlumatında deyilir.

Üç yaralının vəziyyəti son dərəcə ağırdır.

Polis avtomobilin sürücüsünün hadisə yerindən qaçdığını bildirib. 

*** 22:57

Parisdə avtomobil kafelərdən birinin terrasına çırpılıb.

"Unikal" xəbər verir ki, hadisə Parisin 20-ci rayonunda "Per Lachaise" ərazisində baş verib. 

Avtomobili idarə edən şəxs hadisə yerindən qaçıb. Maşında olan sərnişin saxlanılıb.

Məlum olub ki, sərnişin narkotik və alkoqolun təsirində olub.

İlkin məlumata görə, üç nəfər yaralanıb, onların vəziyyəti ağırdır.