Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəsinin artıq F-16-ya sahib olduğunu açıqlayıb. 

"Unikal" xəbər verir ki, Ukrayna lideri qırıcıların görüntüsünü də paylaşıb. 

“Biz tez-tez “bu mümkün deyil” sözlərini eşidirdik. Ancaq indi bu, səmamızda reallıqdır”, - deyə Ukrayna prezidenti bildirib.

*** 16:48

Ukrayna artıq Qərb ölkələrindən 10 ədəd F-16 qırıcı təyyarəsi alıb, ilin sonunda Kiyevə verilən F-16-ların sayı 20-yə çatacaq.

"Unikal" xəbər verir ki, bu barədə “The Economist” jurnalı məlumat yayıb.

Nəşr yazıb ki, Ukraynanın ümumilikdə Qərbdən 79 F-16 alması gözlənilir. Bu qırıcı təyyarələrin qalan qisminin 2025-ci il ərzində mərhələlərlə çatdırılması nəzərdə tutulub.