Banqladeşin paytaxtı Dəkkə və ölkənin digər şəhərlərində polisin etirazçılarla toqquşması nəticəsində azı iyirmi iki nəfər ölüb, onlarla insan yaralanıb.

"Unikal" xəbər verir ki, iğtişaşlar zamanı insanlara atəş açılıb. Banqladeş hökuməti Dəkkə və ölkənin digər böyük şəhərlərində komendant saatı tətbiq edib.

Nümayişlərin və digər etirazların keçirildiyi bir çox yerlərdə iştirakçılar hazırkı hökumətin istefasını tələb edən şüarlar səsləndiriblər, mobil operatorlar hökumətin tənzimləyici orqanlarından mobil internet və mobil proqramların bağlanması barədə göstərişlər alıblar.