Rusiya və Hindistan Rusiya ordusunda xidmət edən Hindistan vətəndaşlarını ölkədən çıxarmaq üçün birlikdə çalışır.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın Yeni Dehlidəki səfirliyi məlumat yayıb.

"Hər iki ölkənin müvafiq idarələri Rusiyada könüllü olaraq hərbi xidmətə gedən Hindistan vətəndaşlarının tez bir zamanda işdən çıxarılması üçün çalışır. Bütün müqavilə öhdəlikləri və ödənilməli kompensasiya ödənişləri tam həcmdə yerinə yetiriləcək", - səfirlik bildirib.