Vaşinqton və Bağdad ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etmir. 

"Unikal" xəbər verir ki, bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib.

"Biz heç bir mərhələdə ABŞ qoşunlarının İraqdan çıxarılmasını müzakirə etməmişik. Bununla belə, biz ikitərəfli təhlükəsizlik tərəfdaşlığı adlandıracağımız məsələyə keçidi müzakirə edirik”, - deyə o bildirib.