Kiçik olması ilə tanınan, lakin möcüzəvi faydaları olan çia toxumları qida ilə zəngin lif, antioksidantlar və omeqa-3 yağ turşuları ilə dolu güc mənbəyidir. Bu toxumlar sağlam qidalanmalarda ümumi super qida hesab olunur, çünki onlar həzm sağlamlığını dəstəkləyir, enerjini artırır və çəkini idarə etməyə kömək edir.

"Unikal" bu möcüzəvi qidanın faydalarını təqdim edir:

Qidalanma güc mərkəzi
Qidalandırıcılarla zəngin super qida olan çia toxumlarının sağlamlığa çox sayda faydaları vardır ki, bu da onları istənilən pəhriz üçün yararlı edir. Yüksək lif tərkibi, bol zülal, omeqa-3 yağ turşuları, sümükləri gücləndirən minerallar və antioksidantları ilə tanınan çia toxumları çəkini düzgün idarə etməyə, həzm prosesini dəstəkləməyə kömək edir, eyni zamanda diabet xəstələri üçün olduqca faydalıdır.

Yaxşı lif mənbəyidir
Çia toxumları pəhriz üçün olduqca faydalı lif mənbəyidir, yüksək lif qəbulu həzm sağlamlığını dəstəkləyir və çəkini nəzarətdə saxlamağa kömək edir. Lif həm də qan şəkəri səviyyəsinə nəzarət etməyə yardımçı olur, çia toxumlarını diabetlə mübarizə aparanlar üçün də faydalıdır.

Zülalla doludur
Kiçik ölçülərinə baxmayaraq, çia toxumlarında zülal təəccüblü dərəcədə yüksəkdir və bədənin ehtiyac duyduğu, eyni zamanda öz-özünə istehsal edə bilmədiyi bütün doqquz əsas amin turşusunu ehtiva edir. Bu, vegetarianlar və veganların ehtiyac duyduğu tam proteini təmin edir. Zülal əzələlərin bərpası, immunitet funksiyası, sağlam dəri, saç və dırnaqları qorumaq üçün vacibdir.

Omeqa ilə zəngindir
Bundan əlavə, çia toxumları omeqa-3 yağ turşularının, xüsusən də alfa-linolenik turşunun (ALA) bitki əsaslı mənbələrindən biridir. Bu sağlam yağlar pis xolesterinin səviyyəsini və qan təzyiqini aşağı salır, ürək xəstəliyi və insult riskini azaldır.

Mikro qidalarla zəngindir
Kalsium, maqnezium və fosforla zəngin olan çia toxumları güclü sümük və dişləri dəstəkləyir. Çia toxumu tövsiyə olunan gündəlik kalsiumun təxminən 18%-ni ehtiva edir. Xüsusilə laktoza dözümsüzlüyü olan və ya bitki əsaslı pəhrizə riayət edənlər üçün faydalıdır.

Antioksidant deposu
Çia toxumları,eyni zamanda antioksidantlarla zəngindir ki, bu da orqanizmi hüceyrələrə zərər verən, yaşlanmaya və xərçəng kimi xəstəliklərə səbəb olan qeyri-sabit molekullar olan sərbəst radikallardan qorumağa kömək edir. Çia toxumlarında olan lif, zülal və sağlam yağların birləşməsi qan şəkərini balanslaşdırmağa kömək edə bilər.

Çia toxumları necə istehlak edilməlidir?
Çia toxumlarını südlə (badam südü, yulaf südü və s.) və ya süd məhsulları ilə qarışdırılaraq bir neçə saat (adətən 2-4 saat) soyuducuda saxlanmalıdır. Nəticədə toxumlar mayeni udur, jele formasında olan pudinqə çevrilir. O, həmçinin, meyvə, qoz-fındıq və ya bal ilə də istehlak edilə bilər. Smootilərinizə də əlavə edə bilərsiniz.

Zərifə Nağıyeva