Bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində azad edilmiş ərazilərdə saat 10:00-a olan seçici fəallığı məlum olub.

"Unikal"ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə bu saata olan seçici fəallığı aşağıdakı kimidir:

118 saylı Ağdam-Xocalı – 12,6 %


119 saylı Ağdam – 13,63%


120 saylı Cəbrayıl-Qubadlı - 9.85%


121 saylı Laçın -13%


122 saylı Xankəndi -17,54%


123 saylı Kəlbəcər -8,25 %


124 saylı Şuşa-Ağdam-Xocavənd - 13.43%


125 saylı Zəngilan-Qubadlı - 11,4 %.