Norveçdə Rusiya sularının yaxınlığında "Rusiya casusu" ola biləcəyi ilə bağlı şayiələrə səbəb olan "Hvaldimir" adlı ağ balina ölü tapılıb.

"Unikal" xəbər verir ki, Norveç mediasının məlumatına görə, Risavika körfəzində balıq tutan ata və oğul tərəfindən ağ balina cəsədi aşkar edilib.

Ləqəbinin birinci hissəsi norveçcə balina mənasını verən - hval, ikinci hissəsi isə Rusiya prezidenti Vladimir Putinin adını daşıyan beluga balinası Hvaldimir kranla sudan qaldırılaraq yaxınlıqdakı limana aparılıb və orada mtəxəssislər tərəfindən araşdırma aparılacaq. 

“Təəssüf ki, biz Hvaldimiri dənizdə tapdıq. O öldü, lakin ölüm səbəbi hələ aydın deyil”, - dəniz bioloqu Sebastian Strand deyib. Onun sözlərinə görə, balinada hər hansı ciddi xəsarətlər yoxdur.