Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dəfn edilib.

"Unikal" xəbər verir ki, o, Biləsuvar rayonunun Əliabad kəndində torpağa tapşırılıb.

***

13:03

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.

TƏBİB-dən "Unikal"a bildirilib ki,16.10.2024-cü il tarixində saat 09:00 radələrində Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.

Məlumata görə, ona dəqiqləşdirilməmiş hipoteniziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiyon tədbirlər həyata keçirilib. Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb.
 

***

11:52

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun səhhətində ciddi problemlər yaranıb.

“Unikal” Bakupost.az-a istinadən xəbər verir ki, o, təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ağakərim İbrahimov xəstəxanada vəfat edib.