Göygöldə iki minik maşının toqquşması zamanı  ölən və xəsarət alanların adları məlum olub.

Bu barədə "Unikal"a  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Bildirib ki, 2006-ci il təvəllüdlü Ramal Qurbanzadə hadisə yerində ölüb. 2006-cı il təvəllüdlü E.Ələkbərov, 2006-cı il təvəllüdlü H.Huseynov, 2006-cı il təvəllüdlü F Məhərrəmov, 1984-ci il təvəllüdlü X.Rzayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

*** 08:54

Göygöldə bir nəfərin ölümü ilə nəticələn yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə minik maşını dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı 1 nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov