"Koreya yarımadasındakı çətin vəziyyət ən dağıdıcı termonüvə müharibəsinə gətirib çıxara bilər".

"Unikal" KCNA-ya istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib. 

Onun sözlərinə görə, yarımadada münaqişə tərəfləri heç vaxt belə təhlükəli və kəskin qarşıdurmada olmayıb.

KXDR sədri vurğulayıb ki, ABŞ-lə aparılan danışıqlar Pxenyanı Amerika tərəfinin dəyişməz düşmənçilik siyasətinə yalnız inandırıb. Kim Çen In əlavə edib ki, Vaşinqton öz strateji aktivlərini və müttəfiqlərinin qüvvələrini yerləşdirməklə təzyiqləri və təxribat səviyyəsini artırır.