Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri və keçmiş müdafiə nazirinin həbsinə dair BCM-nin orderini dəstəkləyib.
"Unikal" xəbər verir ki, Türkiyə lideri bildirib:
“Mən həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Qalanta qarşı həbs qərarına dəstəyimizi ifadə etmək istərdim”.
O, Türkiyənin Fələstin dövlətinin tanınması üçün əhəmiyyətli səylər göstərdiyini qeyd edib.
Xatırladaq ki, noyabrın 13-də Türkiyə İsraillə diplomatik əlaqələri kəsib.
Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın Qəzza zolağında hərbi əməliyyatlara görə həbs olunmasına order verib.