DHL yük təyyarəsi Litvanın paytaxtı Vilnüs yaxınlığında qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yayıb.
Bildirilir ki, təyyarə Vilnüsdə ikimərtəbəli yaşayış binasının üzərinə düşüb. İlkin məlumata görə, hadisə nəticəsində ekipaj üzvlərindən biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, qalanları xəsarət almayıb.