"Nüvə silahlarının Ukraynaya qaytarılmasını tələb edən Qərb rəsmiləri son dərəcə məsuliyyətsiz davranırlar".
"Unikal" xəbər verir ki, müvafiq bəyanatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı deyib.
O, bir sıra Qərb rəsmilərinin Ukraynaya nüvə silahının ötürülməsinə çağıran bəyanatları şərh edib:
"Hətta eskalasiyaya yönəlmiş ən təxribatçı xəttin belə son dərəcə ekstremist cinahı var", - Peskov vurğulayıb.
Mətbuat katibi qeyd edib ki, nüvə silahlarının Ukraynaya qaytarılması ilə bağlı bəyanatlar məsuliyyətsiz spekulyasiyadır.
"Bu insanlar reallığı zəif dərk edirlər", - deyə Peskov yekunlaşdırıb.
Gülayə Mecid