İsrail və "Hizbullah" arasında əldə olunan atəşkəs razılaşması müvəqqəti atəşkəsdir.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Semyon Baqdasarov məlumat verib.
Onun sözlərinə görə, bu addımı ABŞ prezidentinin xüsusi nümayəndəsi Amos Hokşteyn üçün müvəqqəti uğur kimi qiymətləndirmək olar. Eyni zamanda ekspert etiraf edib ki, müəyyən müddətdən sonra münaqişə yenidən başlayacaq.
“Atəşkəs İkinci Livan Müharibəsindən sonra olan atəşkəsə çox bənzəyir. "Hizbullah gedir", Livan ordusu bu zonaya daxil olur və orada BMT-nin bölmələri var. Buna görə də İsrail oradan qoşunlarını çıxarır. Amma fakt budur ki, İkinci Livan Müharibəsindəki son atəşkəsdən sonra, bir neçə aydan sonra "Hizbullah" yenidən Livanın cənubunda özünü tapdı”, – Baqdasarov xatırladıb.