Rusiyada 60 yaşına çatmamış şəxslər gənc kimi tanına bilər. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Federal Tibbi və Bioloji Agentliyinin rəhbəri Veronika Skvortsova deyib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının kvalifikasiyasına əsasən, indi 45 yaşına çatmamış insanlar gənc sayılır. Amma eyni zamanda, gözlənilən ömür uzunluğu artır, bu o deməkdir ki, yaş dövrləri dəyişir.

"Düşünürəm ki, orta ömür uzunluğunun artmasını nəzərə alsaq, tezliklə 60 yaşa qədər insanların hamısı gənclər hesab olunacaq, çünki yaş dövrləri tamamilə dəyişir", - deyə Skvortsova bildirib.