Gürcüstanda müxalifət liderlərinin kütləvi həbsləri başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, artıq 7 nəfərə qarşı qrup zorakılığı törətməkdə və ona rəhbərlik etməkdə və qanunsuz qrup yaratmaqda ittiham olunub. İğtişaşlar zamanı 150-dən çox hüquq-mühafizə orqanı əməkdaşı, vətəndaşlar və jurnalistlər xəsarət alıb. Tiflisdə binalara və infrastruktura ziyan dəyib.
Müxalif siyasi partiya və təşkilatların ofislərində aparılan axtarışlar zamanı dəbilqələr, qaz maskaları, “Molotov kokteylləri” və külli miqdarda pirotexniki vasitələr götürülüb.
Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra başlayıb.
Hakimiyyət ölkə vətəndaşlarını dinc nümayişə çağırıb. Noyabrın 30-na keçən gecə Tbilisidə yenidən kütləvi iğtişaşlar baş verib. Parlament binasına soxulmaq cəhdlərinin nəticəsiz qalmasından sonra etirazçılar Avropaya inteqrasiya əvəzinə ölkə üçün müstəqil kurs təklif edən hakim partiyanın ofisini ələ keçirmək qərarına gəliblər.
Dekabrın 2-də axşam saatlarında ölkə parlamenti yaxınlığında daha bir anti-hökumət aksiyası başlayıb və bu aksiya zamanı polislə toqquşmalar baş verib.
Gülayə Mecid