"Colan təpələri əbədi olaraq İsrailin ayrılmaz hissəsi olaraq qalacaq".

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda “hamı İsrailin ayaqları üzərində deyil, bu yüksəkliklər üzərində nəzarət etməsinin vacibliyini anlayır".

"Colan təpələri üzərində nəzarətimiz və gücümüz bizim təhlükəsizliyi təmin edir", - İsrailin Nazirlər Kabinetinin rəhbəri deyib.

O, həmçinin bildirib ki, Bəşər Əsədin Suriyadakı hakimiyyətinin sona çatması İsrailin Livanın şiə hərəkatı "Hizbullah" və İrana vurduğu zərbələrin birbaşa nəticəsidir.

"Biz Yaxın Şərqin simasını dəyişirik", - deyə siyasətçi qeyd edib.

O əlavə edib ki, İsrail “fərqli Suriya görmək istəyir və sülh içində yaşamaq istəyənlərə əlini uzadır”.