ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandası daha əvvəl Macarıstanın Baş naziri Viktor Orbanın irəli sürdüyü münaqişənin həlli üçün Ukraynada atəşkəs haqqında təklifi nəzərdən keçirməyə hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals CBS telekanalında bildirib.

“Hərbi əməliyyatların dayandırılması lazımdır. Əgər ilk addım kimi bir növ atəşkəs təklif edilərsə, bunun nə demək olduğunu yaxından nəzərdən keçirəcəyik", - deyə Vals əlavə edib.

Vals xatırladılıb ki, bu təklifi Rusiya Prezidenti Vladimir Putinə təqdim etməzdən əvvəl Orbanın Floridada Trampla görüşü olub. Lakin prezidentin milli təhlükəsizlik üzrə gələcək köməkçisi Trampın Orban vasitəsilə Rusiya liderinə hər hansı mesaj verib-vermədiyinə aydınlıq gətirməkdən imtina edib.