Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov başqa işə keçməsi ilə əlaqədar dekabrın 16-da tutduğu vəzifədən azad edilib.  

"Unikal" xəbər verir ki, Japarov Nazirlər Kabinetinin sədri olub və 2021-ci ilin oktyabrından Qırğızıstan prezident administrasiyasına rəhbərlik edib. Bəzi yerli media onun öz istəyi ilə getdiyini, bəziləri isə başqa işə keçdiyini yazıb. 

Məlumata görə, hökumət başçısının birinci müavini vəzifəsində çalışmış 64 yaşlı Adılbek Kasıməliyev baş nazirin səlahiyyətlərini icra edən və prezident administrasiyasının rəhbəri təyin edilib.

***09:04

Qırğızıstanın Baş naziri və Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov istefaya göndərilib.

"Unikal" xəbər verir ki, bu barədə prezident Sadır Japarov sərəncam imzalayıb.

Gülayə Mecid