İran özü danışdığı yalana özü də inanır
02:45 12-04-2012
DÜNYA
İran özü danışdığı yalana özü də inanır
"İran neftindən imtina" beynəlxalq kampaniyasının başlamasına iki aydan artıq vaxt qalıb. Avropa ölkələrindən Yunanıstan, İspaniya və İtaliyanın bu sanksiyaya qoşulması ilə bağlı müəyyən problemlər olduğu haqda xəbərlər yayılmışdı.
Ötən həftə Yunanıstanın "Hellenic Petroleum" neft emalı şirkəti İslam Respublikasından "qara qızıl" almağı dayandırıb. Martın sonunda isə Hindistan gəmi şirkətinin icarə götürdüyü yunanların "Eurotankers" tankeri İran neftini daşımaqdan imtina edib. Buna səbəb kimi onlar "Royal Bank of Scotland"ın "qara qızıl" daşımalarına görə pulu ödəməməsi göstərilib.
Tehran hakimiyyətinin informasiya mənbələri isə ölkələrinin İspaniya, Almaniya və İtaliyaya neft ixracını dayandırdığı barədə xəbər yayıb.
"MIGnews"un istinadən məlumatında bildirilib ki, İslam Respublikasının "Press TV" telekanalı bu haqda informasiya verib. Bu mənbə bir müddət öncə İranın Xarici İşlər Nazirliyinə əsasən Yunanıstana da "qara qızıl" ixracının dayandırıldığını bildirmişdi.
Belə görünür, aprelin 14-də İstanbulda İranın atom-nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsinin keçiriləcəyi dəqiqləşib (Tehran hakimiyyətinin "ipinin üstünə odun yığmaq" çətin olduğundan belə deyirik). Müzakirələr tərəfləri qane edəcək sonucla bitməzsə, o zaman İslam Respublikasına qarşı yeni sanksiyaların tətbiq də qaçılmazdır.
Bu ərəfədə ölkə prezidenti Mahmud Əhmədinejad Hörmüzqan əyalətinə səfər edib. Yerli televiziyaya müsahibəsində hökumət başçısı deyib:"Bizə dost
olmayanlar İran neftinə qarşı sanksiya qoymaq istəyir. Onlar ölkəmizə valyuta daxil olmasının qarşısını almaq niyyətindədir. Biz bir barrel neft satmasaq belə 3 il ərzində bizə yetəcək qədər valyuta ehtiyatımız var. Ölkəmiz bu sanksiyalardan heç bir ziyan görməyəcək, düşmənin fitnə-fəsadı baş tutmayacaq".
Bu çıxışdan bir neçə gün öncə İranın neft naziri Rüstəm Qasimi bildirmişdi ki, yaxın günlərdə İran Avropanın bir sıra dövlətlərinin neft zavodlarına "qara qızıl" idxal etməyəcək.
İran sənaye və ticarət nazirinin müavini Hamid Əlixani isə deyib ki, ötən il xalça satışından 560 milyon dollarlıq qazanc əldə ediblər. Ölkədə 1,2 milyon xalçaçının olduğu deyilir. Bu baxımdan Tehran hakimiyyəti əl sənəti, o cümlədən xalça ixracı ilə ölkənin saldıqları ağır durumundan çıxaracaqlarına ümid bağlayırlar. Ancaq heç kimə sirr deyil ki, İran xalçalarının 30 faizini ABŞ-da satırdı. Ötən il Ağ ev bu sahəyə də sanksiya tətbiq etdi.
Beləliklə, Tehran hakimiyyətinin təmsilçiləri bu sayaq bəyanatları ilə həm özlərini, həm də ölkə vətəndaşlarını dedikləri yalanlara inandırmağa çalışır.
Sədrəddin Soltan
Digər Xəbərlər
2024-12-25 12:26:06
2024-12-25 12:18:29
2024-12-25 10:51:11
2024-12-25 10:16:00
2024-12-25 10:14:53
2024-12-25 10:00:28
2024-12-25 09:56:06
2024-12-25 09:46:00
2024-12-25 09:29:00
2024-12-25 09:14:00
2024-12-25 09:09:09
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10