"Fəaliyyətinə xitam verilən vəkillər peşə vəzifələrini və etik davranış qaydalarını kobud şəkildə pozublar. Vəkillər Kollegiyası müstəqil peşə birliyi olsa da, vəkillərin yol verdiyi qanun pozuntuları qanunvericiliyə uyğun olaraq Vəkillərin İntizam Komissiyası tərəfindən araşdırılır".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, bu proses müvafiq müraciət əsasında başlanılır və komissiya tərəfindən məsələ təhlil edildikdən sonra intizam tədbiri görülür:
"Peşəsinə xəyanət edən şəxslərin vəkil kimi fəaliyyət göstərməsi yolverilməzdir. Vəkillik müstəqil fəaliyyət göstərmədən effektiv ola bilməz və Azərbaycan vəkilləri hər zaman vətəndaşların hüquqlarını qorumaq üçün çalışırlar".