Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində VII tura yekun vurulacaq.
"Unikal" xəbər verir ki, son oyun günündə 16 qarşılaşma keçiriləcək.
“Mançester Yunayted” İngiltərədə Şotlandiyanın “Reyncers”, “Fənərbağça” isə Türkiyədə Fransanın “Lion” klubunu sınağa çəkəcək.
İngiltərənin “Tottenhem” komandası Almaniyada “Hoffenhaym”ın qonağı olacaq.
UEFA Avropa Liqası, Liqa mərhələsi, VII tur
23 yanvar
21:45. “Fənərbağça” (Türkiyə) - “Lion” (Fransa)
21:45. “Qarabağ” (Azərbaycan) – FKSB (Rumıniya)
21:45. “Malmö” (İsveç) - “Tvente” (Niderland)
21:45. “Budyo Qlimt” (Norveç) - “Makkabi” (Təl-Əviv, İsrail)
21:45. “Portu” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan)
21:45. “AZ Alkmaar” (Niderland) - “Roma” (İtaliya)
21:45. “Viktoriya” (Çexiya) - “Anderlext” (Belçika)
21:45. “Hoffenhaym” (Almaniya) - “Tottenhem” (İngiltərə)
00:00. “Elfsborq” (İsveç) - “Nitsa” (Fransa)
00:00. “Ayntraxt” (Almaniya) - “Ferentsvaroş” (Macarıstan)
00:00. “Union” (Belçika) - “Braqa” (Portuqaliya)
00:00. PAOK (Yunanıstan) - “Slaviya” (Çexiya)
00:00. “Latsio” (İtaliya) - “Real Sosyedad” (İspaniya)
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Reyncers” (Şotlandiya)
00:00. “Ludoqorets” (Bolqarıstan) - “Midtülann” (Danimarka)
00:00. RFS (Latviya) - “Ayaks” (Niderland)
Qeyd edək ki, VII turun açılış matçında Türkiyənin “Qalatasaray” komandası evdə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə məhsuldar heç-heçə edib – 3:3. Türkiyənin digər təmsilçisi “Beşiktaş” isə doğma meydanda İspaniyanın “Atletik” kollektivini 4:1 hesabı ilə üstələyib.