Azərbaycanlı iş adamı Mehman Cabbarov Rusiyada dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, əslən Ordubaddan olan iş adamı 58 yaşında qəfil vəfat edib.
Qeyd edək ki, Mehman Cabbarov xeyriyyəçi kimi də tanınır. O, əməliyyat olunması zəruri olanların xərclərini qarşılayıb, onlarla adamı şəxsi vəsaiti hesabına Həcc ziyarətinə göndərib.