Fin alimləri müəyyən ediblər ki, yemək vərdişləri gənc yaşda bioloji qocalma sürətinə təsir edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Jyvaskyla Universiteti və Gerontologiya Tədqiqat Mərkəzində araşdırma aparılıb. 

Bildirilir ki, fast food, qırmızı və işlənmiş ət, həmçinin şəkərli qazlı içkilərlə zəngin pəhrizlər orqanizmin qocalmasını sürətləndirir, tərəvəz və meyvələrlə zəngin pəhriz isə əksinə, bu prosesi yavaşlatır.

"Sağlam qidalanma orqanizmin gəncliyini qoruyub saxlamaqda və yaşa bağlı xəstəliklərin qarşısının alınmasında mühüm amil olmaqda davam edir", - deyə alimlər qeyd edib.