Bakı Mühəndislik Universitetində (BMU) 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başa çatıb.

"Unikal" xəbər verir ki, bakalavriat və magistratura səviyyələrində dekabrın 29-da başlayan imtahanlar fevralın 1-dək davam edib. Eyni zamanda üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün müvafiq qanunvericiliyin tələblərinə əsasən təkrar imtahanlar təşkil olunub. 

İmtahanlarda şəffaflığın təmin edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin gözlənilməsi məqsədilə bütün zəruri tədbirlər gerçəkləşdirilib, Qərargah tərəfindən sessiyanın gedişinə operativ nəzarət edilib. Sessiya müddətində fəaliyyət göstərən Apelyasiya Komissiyasına daxil olan müraciətlər çevik araşdırılıb və müvafiq qərarlar verilib. 

Bütövlükdə imtahanlar yüksək fəallıq şəraitində keçib və uğurla yekunlaşıb.  

Qeyd edək ki, qiyabi təhsilalma forması üzrə imtahanlar isə fevralın 10-da başlamaqla bir həftə müddətində keçiriləcək.