"İsrail bu il İranın nüvə obyektlərinə böyük zərbələr endirməyi düşünür". 

"Unikal" xəbər verir ki,  bu barədə "The Wall Street Journal" nəşri ABŞ kəşfiyyat agentliklərinə istinadən yazıb. 

Bildirilir ki, məlumat ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyasının son günlərində hazırlanan hesabatına daxil edilib.  Həmçinin,  İsrail ABŞ-nin yeni prezidenti Donald Tramp administrasiyasından da dəstək almağı planlaşdırır.

"İsrail öz hərəkətləri ilə Tehranı zəiflətməyi planlaşdırır", - nəşr yazıb. 

Bu yaxınlarda İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, Amerika hakimiyyəti İsraili respublikaya hücuma təhrik edir. Onun sözlərinə görə, ABŞ İranın Qəzzada olduğu kimi hücuma məruz qaldığını görmək istəyir.

Gülayə Mecid