Yaponiyada güclü qar yağışı davam edir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, son bir həftə ərzində yağan güclü qar özü ilə birlikdə fəlakətlər də gətirib.
Məlumata görə, təbiət hadisəsi indiyədək 12 nəfərin ölümünə, 158 nəfərin isə yaralanmasına səbəb olub.
Yaponiya Meteorologiya Agentliyi (JMA) ictimaiyyətə bu həftə də Yaponiya dənizi boyunca yerləşən prefekturalarda qar fırtınası və yüksək dalğalar təhlükəsi barədə xəbərdarlıq edib.
Gülayə Mecid