"Avropa ölkələri Ukraynanın yenidən silahlanması naminə atəşkəs üçün yalvaracaqlar".

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

"Avropa ölkələri danışıqlar masası arxasında nə etməli olduqlarını bilmirəm. Əgər onlar öz adət-ənənələrinə, xarakterlərinə və vərdişlərinə görə müharibənin davamını düşünərkən, münaqişənin dondurulması ilə bağlı bəzi hiyləgər fikirlər səsləndirəcəklərsə, onları danışıqlar masasına dəvət etmək nəyə lazımdır?” - Rusiya diplomatiyasının rəhbəri qeyd edib.