ABŞ qoşunlarının bir hissəsini Avropa ərazisindən çıxara bilər, amma onlar Şimali Atlantik alyansı tərk etməyəcəklər.
"Unikal" xarici KİV-lərə istinadən xəbər verir ki, bunu NATO-nun hərbi komitəsinin sədri Cuzeppe Kavo Draqone bildirib.
“ABŞ NATO-nu tərk etməyəcək. Ancaq Avropaya yerləşdirilmiş 100 000-lik şəxsi heyətin bir hissəsinin qitədən çıxarılması məsələsi, Vaşinqtonun burdan çox uzaqda, Sakit Okeanda olan bəzi öhdəlikləri ilə əlaqədar gündəmə çıxarıla bilər”,- admiral bildirib.
O qeyd edib, ABŞ-nin Avropadakı kontingentinin böyük hissəsinin qitədən çıxarılacağının ehtimalı çox aşağıdır.