Rusiya xüsusi hərbi əməliyyat zamanı Ukraynanın bütün şəhərlərini, o cümlədən Kiyevi məhv edə bilər, lakin bunu istəmir.

"Unikal" xəbər verir ki,  bunu  ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib. 

“Onlar bunu təxminən 20% etdilər, amma 100% yox. Əgər onlar bunu 100% etmək istəsəydilər, düşünürəm ki, bu, çox tez baş verərdi”, - o, Ukrayna şəhərlərindəki dağıntıların səviyyəsini müzakirə edərkən vurğulayıb.

Tramp İsrailin orada bir sıra hərbi əməliyyatlar həyata keçirməsindən sonra Ukrayna şəhərlərinin vəziyyətini Qəzza zolağına bənzədib. “Əslində, faiz baxımından bir çox bina Qəzzada olduğundan daha çox dağılıb. Deməli, bilirsiniz, insanlar bundan beziblər", - Amerika lideri qeyd edib.

Gülayə Mecid