ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə UNIAN nəşri məlumat yayıb.
“Biz qulaq asacağıq. Mənim missiyamın bir hissəsi dinləməkdir. Sonra mən ABŞ-yə qayıdacağam və hər şeyi düzgün başa düşməyimizə əmin olmaq üçün prezident Donald Trampla danışacağam", - nəşr Kelloqdan sitat gətirib.
Xatırladaq ki, fevralın 18-də ABŞ və Rusiya nümayəndələri görüşüblər. Ər-Riyadakı görüşdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edirlər. ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff daxildir.