Müharibəyə ilk başlayan tərəf Ukrayna olub.
"Unikal" xəbər verir ki, bu bəyanatla ABŞ prezidenti Donald Tramp çıxış edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, bu münaqişə dağıntılara və insan tələfatına səbəb olub: "Düşünürəm ki, bu müharibəni bitirmək gücüm var və bu proses çox yaxşı gedir. Amma bu gün eşitdim ki, onlar deyir: bizi dəvət etmədilər. Yaxşı, üç ildir ki, oradasınız. Siz müharibəyə son verməli idiniz.
Ümumiyyətlə sən müharibəyə heç başlamamalıydın. Razılaşa bilərdin. Mən Ukrayna üçün müqavilə bağlaya bilərdim".
Ağarza Elçinoğlu