ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı danışıqlar prosesinin həm Rusiya, həm də Ukraynanın iştirakı ilə baş tutacağını deyib.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib

“Danışıqlar prosesinə gəlincə, prezident Tramp telefon danışığı zamanı mənə dedi və mən bunu təsdiq edə bilərəm ki, əlbəttə ki, ABŞ danışıqlar prosesinin həm Rusiya, həm də Ukraynanın iştirakı ilə baş tutacağını güman edir. Heç kim Ukraynanı bu prosesdən kənarda qoymur", - deyə Putin qeyd edib.