Daşkəsən rayonunda qidadan zəhərləndiyi bildirilən şəxslərin vəziyyətləri açıqlanıb.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, fevralın 24-də saat 20:50 radələrində 3 nəfər (1-i kişi, 2-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onlara mədə-bağırsaq sisteminin dəqiqləşdirilməmiş funksional pozğunluğu diaqnozu qoyulub və hər 3 şəxsə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıb.

*** 21:52

Daşkəsəndə biri yeniyetmə olmaqla 3 nəfər qidadan zəhərlənib.

"Unikal"ın məlumatına görə, rayonun Alunitdağ qəsəbəsə sakinləri 1987-ci il təvəllüldü Ş.Quliyev, 1990-ci il təvəllüdlü F. Quliyeva və 2013-cü il təvəllüdlü F.Quliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara xəstəxanada yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirlir. Məlumata görə zəhərlənən şəxslər qidadan zəhərləniblər. Onların bir ailənin üzvi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov