Əlindəki ziyili götürmək üçün Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edən Türkan Balakişizadə həmin tibb müəssisəsində vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Mərhumun qohumları bildiriblər ki, Türkan "narkoz"dan ayılmayıb.

Qeyd edək ki, o, Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olub.