Mingəçevirdə maşın təmiri sexində yanğın olub.
"Unikal"ın məlumatına görə, yanğın Heydər Əliyev prospektində yerləşən avtomobil təmiri sexində baş verib. Hadisə nəticəsində "Mercedes", "VAZ-2199" və "VAZ-2106" markalı maşınlar yanaraq yararsız vəziyyətə düşüb.
Yanan avtomobillərdən biri sexi işlədən icarədarın şəxsi maşınıdır. Yanğınsöndürənlərin səyi nəticəsində alov sexin digər bitişik bölmələrinə keçməsinin qarşısı alınıb.
Yanğının səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov