Goranboyda minik maşını aşıb.
"Unikal"ın məlumatına görə, hadisə Goran - Naftalan avtomobil yolunun Goranboy rayonunun Boluslu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Fərid Adışovun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov